Yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə