Zaqatalada iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Axşam radələrində Zaqatala şəhər ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Zaqatala şəhəri Faiq Əmirov küçəsində “KİA” və “OPEL” markalı avtomobillərin toqquşması nəticəsində “KİA”nın sürücüsü 64 yaşlı Samirat Əliyeva və “OPEL”in sürücüsü 43 yaşlı Zöhrab Qardaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə