Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Renault" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan Babək rayon, Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB