Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan iki VAZ markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan 1977-ci il təvəllüldlü V.Abbasov, 1970-ci il təvəllüdlü G.Məmmədova, 1997-ci il təvəllüdlü R.Əfəndiyev, 1998-ci il təvəllüdlü M.Əlizadə və 1989-cu il təvəllüdlü N.Məmmədov xəstəxanaya yerləşdirilib. Həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə