Xaçmaz sakini qatar vurması nəticəsində ölüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə mayın 4-də saat təxminən 03:00 radələrində Xaçmaz şəhəri ərazisində, dəmiryolu üzərindən keçən avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.
Xaçmaz sakini Abdullayev Kənan Mehrab oğlu dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.
K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.
Faktla bağlı araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə