Bu gün İranın cənubundakı Bəndər Abbas şəhərindəki Mahid Racai dəniz limanında güclü partlayış baş verib. SİA İran mətbuatına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərərçəkənlərin sayı artıq 400 nəfəri keçib. Liman fəaliyyətini dayandırıb.
Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.
Versiyalardan birinə görə, yanacaq çəni partlayıb, onun səbəbləri məlum deyil. Hadisə yerinə çevik xilasetmə qrupları göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə