İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.
Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.
Bütün xəbərlər Facebook səhifəmizdə