Bakıda anbarda baş verən yanğın şiddətlənib, əlavə texnika cəlb olunub - YENİLƏNİB 2

Bakıda anbarda baş verən yanğın şiddətlənib. SİA-nın verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.

İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.

Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə