Bakıda anbarda baş verən yanğın şiddətlənib. SİA-nın verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.