Şərurda fərdi yaşayış evində yanğın olub

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb. SİA-nın məlumatına görə, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.

İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə