Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb. TƏBİB-dən SİA-ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumata görə, təcili tibbi yardım briqadası 1998-ci il təvəllüdlü şəxsi sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya edib, hazırda pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Bütün xəbərlər Facebook səhifəmizdə