Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə