Bu tarixlərdə iş saatları QISALDILACAQ

Xəbər verdiyimiz kimi, 2025-ci ilin mart ayında iş və istirahət günlərində dəyişiklik edilib. SİA-nın verdiyi xəbərə görə, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart iş günləri 10 mart və 1 aprel tarixlərinə dəyişdirilib. Bununla yanaşı, Əmək Məcəlləsinə uyğun olaraq həftəarası istirahət günləri bayram günləri ilə üst-üstə düşdüyü halda həmin istirahət günləri bayramdan sonrakı iş gününə keçirilir.

Beləliklə, 2025-ci ilin 20-31 mart tarixləri iş günü hesab edilmir. İlk iş günü 1 aprel tarixinə təsadüf edəcək. Bundan əlavə, bayram ərəfəsi – 7 mart və 19 mart tarixlərində iş saatları 1 saat qısaldılacaq.

Qeyd edək ki, bu məsələ Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Misal olaraq, 8 mart Beynəlxalq Qadınlar günü Əmək Məcəlləsinin 105-ci maddəsinə görə iş günü hesab edilməyən bayram günü hesab edildiyi üçün 7 mart tarixində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə