Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib. SİA xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.
İtlər qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il təvəllüdlü Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edərək onlara xəsarət yetiriblər.
Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB