Bakıda evdə silah-sursat aşkarlanıb

Xəzər rayonu ərazisində silah-sursat aşkarlanıb. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən evlərin birindən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə