Sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq -AÇIQLAMA

Parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, kimdəsə hanısa fakt varsa gecikdirmədən MSK-ya təqdim etsin: "Mən söz verirəm ki, addımlarımız çox ciddi olacaq. Heç kim Azərbaycanda parlament seçkilərinin üzərinə kölgə salmağa haqqı yoxdur".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə