Sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq -AÇIQLAMA
10 Fevral 2020 02:07 (UTC+04:00)
Parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, kimdəsə hanısa fakt varsa gecikdirmədən MSK-ya təqdim etsin: "Mən söz verirəm ki, addımlarımız çox ciddi olacaq. Heç kim Azərbaycanda parlament seçkilərinin üzərinə kölgə salmağa haqqı yoxdur".