Deputatlığa namizəd Məşhur Məmmədov Caxırlı kəndində seçicilərlə görüşüb

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədovun seçicilərlə növbəti görüşü 28 yanvar 2020-ci il tarixdə, Masallı rayonunun Çaxırlı ərazisində, kənddə qapalı və açıq şəraitdə keçirilib.

Seçicilərlə görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Səfalı Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonra o, YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən irəli sürülmüş deputatlığa namizəd Məşhur Şahbaz oğlu Məmmədov həyat və fəaliyyəti barədə geniş məlumat verdi.

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov seçicilərlə keçirilən növbəti görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirərək qeyd edib ki, ölkəmizin inkişafında misilsiz xidmətləri olan YAP keçirilən bütün seçkilərdə qələbə qazanıb. Xalq-iqtidar birliyinin, həmrəyliyinin olması bu qələbələrin qazanılmasına əsas verir və bu etibarın, inamın qazanılması da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yorulmaz, məqsədyönlü siyasəti nəticəsində mümkün olub. İnanıram ki, seçicilərimiz YAP-ın irəli sürdüyü "Daha güclü Azərbaycan naminə" olan platformasını dəstəkləyəcək və Azərbaycanımızın gələcək inkişafında İlham Əliyevin yürütdüyü siyasətə töhfələrini verəcəklər.

Seçicilər qarşısında, bütün çıxışlarında təhsilin vacibliyini önə çəkən 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, ən vacib məsələ savadlı kadrların hazırlanması məsələsinə toxunub. Hər bir millətin gələcəyinin təhsil olmasını vurğulayan M.Məmmədov qeyd edib ki, biz müəyyən bir təhsil təklif proqramı hazırlamışıq.Belə ki, qarşıdan gələn tədris illərindən başçlayaraq Azərbaycan Pedaqoji Universitetində ödənişli əsaslarla təhsil alan masallılılı tələbəılərin illik ödənişlərinin məhz bizim tərəfimizdən ödənilməsinə, ödənişsiz əsaslarla təhsil alanlara isə müəyyən məbləğdə təqaüdlərin verilməsinə səy göstərəcəyik.Bir daha bildirirəm ki, məqsəd Masallı məktəblərinin savadlı müəllim kadrları ilə təmin olunması, zənginləşdirilməsidir.

Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildiriblər ki, cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir və 9 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Şahbaz oğlu Məmmədova səs verəcəklərini bildiriblər. Onlar ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Qeyd olunub ki, 9 fevralda Çaxırlı kəndi ərazisi sakinlərinin seçimi YAP-ın namizədi Məşhur Məmmədov olacaq.

Sonda deputatlığa namizəd seçicilərlə səmimi söhbət edib, onların fikir və təkliflərini diqqətlə dinləyib.

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədovun seçicilərlə görüşü davam edir.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...