Əliabbas Salahzadənin seçicilərlə növbəti görüşü keçirilib - FOTOLAR

Bu gün Sabunçu qəsəbəsində 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Əliabbas Salahzadənin seçicilərlə növbəti görüşü keçirilib. Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Əliabbas Salahzadənin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

M.Abasquliyeva çıxışı zamanı qeyd edib ki, partiyanın rayon təşkilatı ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə və qələbə əzmi ilə hazırlaşır: "Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı partiyanın "Daha güclü Azərbaycan naminə!" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Sabunçuluların, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də fəal olacaq və bu seçkidə də mütləq səs çoxluğu ilə YAP namizədləri qələbə qazanacaqlar".

Deputatlığa namizəd Əliabbas Salahzadə görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Əliabbas Salahzadə seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını və seçicilərin etimadını doğrultmağa çalışacağını söyləyib.

Görüşdə çıxış edən seçicilər 9 fevralda keçiriləcək parlament seçkiləri zamanı hamılıqla YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə