Aydın Hüseynov seçicilərlə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 11 saylı Qaradağ Seçki Dairəsindən irəli sürülmüş Aydın Hüseynov seçiciləri ilə görüşlərini davam etdirir. Təbliğat-təşviqat kampaniyasının ilk günündən başlayaraq bütün qəsəbələrdə, məhəllə və evlərdə görüşlər keçirən Aydın Hüseynov Ələt qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib. Əvvəlcə şəhid Təbriz Həsənovun doğum günü ilə əlaqədar evlərində olub, valideynləri və qonaqlarla xeyli söhbət etdikdən sonra şəhidin məzarını ziyarət edib.

Ələt qəsəbəsi ilə 30 ildən çox sıx bağlılığı olan Aydın Hüseynov keçirilən görüşlərdə YAP-ın Seçki Platforması barədə seçicilərə ətraflı məlumat verib. Bildirib ki, bu gün ölkəmiz durmadan irəliləyir, ölkə iqtisadiyyatı son illərdə öz inkişafının yeni və daha intensiv mərhələsini yaşayır: "Azərbaycanda keçirilən seçkilərdə hər zaman qələbə qazanan YAP-a göstərilən etimad qarşılıqlı inama, hörmətə və real işə söykənir. Mən də bütün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıram".

Aydın Hüseynovun seçicilərlə növbəti görüşü Müşfiqabad qəsəbəsində olub.

Seçicilərə YAP-ın seçki platforması barədə ətraflı məlumat verən Aydın Hüseynov dövlətçiliyimizin formalaşmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə inkişafında və xalqımzın rifahının getdikcə yaxşılaşmasında partiyanın müstəsna xidmətlərinə toxundu. Qeyd etdi ki, xalqın yekdil səsi ilə iqtidar partiyasına çevrilən YAP Azərbaycanda təməlini qoyduğu inkişafı durmadan davam etdirir. İlbəil artan dövlət büdcəsi ölkəmizdə yaşayış tərzinin yüksəldilməsinə müsbət töhfəsini verməkdədir.

Bildirildi ki, xalqın etimadını real fəaliyyəti ilə doğruldan partiyamız növbəti seçkilərə də ciddi hazırlaşır. Həm seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə çalışır, həm də növbəti dəfə seçicilərin yekdil səsi ilə qanunvericilik fəaliyyətini də genişləndirmək istəyindədir. Keçirilən bütün görüşlərdə YAP-ın cəmiyyətdə rolunu və daha yaxşı gələcək naminə siyasətini seçicilərlə birlikdə müzakirə edirik.

Ölkəmizdə iqtidar partiyası olaraq YAP-ın fəaliyyətini yüksək qiymətləndirən seçicilər növbəti seçkilərdə də daha güclü Azərbaycan naminə partiyanın namizədlərinə yekdilliklə səs verəcəklərini bildirdilər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə