Kəlbəcərli seçicilərin seçimi Aqil Sadıq oğlu Məmmədovdur - FOTOLAR

Fevralın 9-da Azərbaycanda növbəti parlament seçkilərinə namizədliyi irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə davam etməkdədir. 123 saylı Kəlbəcər Seçki Dairəsi Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Aqil Sadiq oğlu Məmmədovun da seçicilərlə silsilə görüşləri keçirilir.

123 saylı Kəlbəcər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Aqil Sadiq oğlu Məmmədov yanvarın 27-də Mingəçevir şəhər bələdiyyəsinin binasında, günün ikinci yarısı Yevlax rayonu Bəşir Səfəroğlu adına xalq teatrının binasında seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi, rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin bölgələrin inkişafına təkan verdiyini deyib. Həmçinin, Q.Əsgərov Aqil Məmmədovun bütün fəaliyyəti böyu daim əhali ilə təmasda olduğunu, onların problemlərini də öz problemi kimi həllinə çalışdığını bildirib: "İnanırıq ki, Aqil Məmmədov seçicilərin yüksək etimadı ilə parlamentə üzv seçildikdən sonra da, öz missiyasına sadiq qalacaq, seçicilərinin arzu və istəklərini Milli Məclisin tribunasından səsləndirəcək, onların problemlərinin həllində əlindən gələni əsirgəməyəcəkdir. Seçiciləri Azərbaycanın daha da güclənməsi üçün "Daha güclü Azərbaycan naminə!" YAP-ın namizədinə səs verməyə çağırıram".

Görüşdə seçicilərdən Həsən Məmmədov, Həbib Misirov, Zahid Muxtar və başqaları 9 fevralda keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Aqil Məmmədova səs verəcəklərini bildiriblər.

YAP-ın parlament seçkilərinə irəli sürdüyü namizədi Aqil Sadiq oğlu Məmmədov görüşdə çıxış edərək bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət daha güclü Azərbaycanın təşəkkül tapmasına xidmət göstərir: "Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılıb. Bu gün xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Məhz bu

günə kimi keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr əldə edib. Əminəm ki, seçicilərimiz daha güclü Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklər".

Çıxış edən seçicilər, hər zaman olduğu kimi, budəfəki seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Aqil Məmmədov, həmçinin, Milli Məclisə deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində də danışaraq, vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın və seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəallıq nümayiş etdirəcək.

A.Məmmədov seçiciləri fevralın 9-da fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb: "İnanıram ki, seçicilərimiz "Daha güclü Azərbaycan naminə" bu seçki prosesində də aktiv iştirak edəcək və öz namizədlərini dəstəkləyəcək".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə