Nizami Cəfərovun seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan partiyasının parlament seçkilərinə namizədi Nizami Cəfərovun Ağstafa rayonunun Düzqışlaq, Qarahəsənli və Xılxına kəndlərində seçicilər ilə görüşləri keçirilib.

Görüşlərdə deputatlığa namizəd Nizami Cəfərov haqqında seçicilərə geniş məlumat verilib, ölkəmizdə keçirilən bütün seçkilərdə ağstafalıların yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri bildirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Cəfərov seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirib. N.Cəfərov deyib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edir. Onun sözlərinə görə, bu inkişafdan Ağstafa rayonuna da pay düşür: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində Ağstafa rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Təbii ki, bütün bunlar əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır".

N.Cəfərov 9 fevralda keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa çağırıb.

Görüşlərdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...