Cəlilabadlıların seçimi Malik Əvəz oğlu Həsənovdur

Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Həsənov rayonun Şorbaçı, Cəlayır və Muğan kəndlərində seçicilər ilə görüşü keçirilib. Görüşlərdə deputatlığa namizəd Malik Həsənov haqqında seçicilərə geniş məlumat verilib, ölkəmizdə keçirilən bütün seçkilərdə cəlilabadlıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiyi bildirilib.

Həmin görüşlərdə Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı rayonda seçicilərin təbliğat-təşviqat tədbirləri və namizədlərin seçkiqabağı görüşləri seçicilərin mütəşəkklliyi və fəallığı şəraitində keçdiyini bildirib. Həmçinin, Yeni Azərbayacan Partiyasının 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən namizədi, Milli Məclisin deputatı Malik Əvəz oğlu Həsənov haqqında seçicilərə ətraflı məlumat verərək, deputatlıq fəaliyyəti dövründə onun gördüyü işlərdən ətraflı bəhs edib və seçiciləri 9 fevralda keçirilən seçkilərdə ona səs verməyə çağırıb.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Həsənov seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirib. M.Həsənov deyib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmiz inkişaf edir. Onun sözlərinə görə, bu inkişafdan Cəlilabad rayonuna da pay düşür: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində Cəlilabad rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Təbii ki, bütün bunlar əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır".

Malik Həsənov seçicilərə minnətdarlıq ifadə edərək, bildirib ki, məni yenidən Milli Məclisin deputatı seçsəniz, əmin edirəm ki, hər birinizin problemini öz şəxsi vətəndaş problemim kimi qəbul edəcək, hər bir seçiciyə

fərdi yanaşacaq, imkan daxilində həmin problemlərin həllinə yardımçı olacağam.

Sonda Malik Həsənov 9 fevralda keçiriləcək parlament seçkilərində seçiciləri fəal olmağa çağırıb.

Görüşlərdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə