Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib -VİDEO- FOTOLAR

Gəncənin Şeyxzamanlı qəsəbəsində Milli Məclisin deputatı, 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Musa Quliyevin seçicilərlə növbəti görüşü keçirilib.

Geniş tərkibdə keçirilən bu görüşdə Musa Quliyevin parlament fəaliyyəti, qanun yaradıcılığı sahəsində gördüyü işlər, beynəlxalq təşkilatlarda göstərdiyi fəaliyyət və Gəncədən olan seçiciləri ilə görüşləri barədə məlumatları əks etdirən hesabat xarakterli filmin təqdimatı keçirilib. Film seçicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Gəncə ziyalıları, alimlər, Qarabağ müharibəsi veteranları, əmək veteranları, seçicilər Musa Quliyevin xidmətlərindən danışıb, onun sonrakı fəaliyyətində də, qanun yaradıcılığı sahəsində, Gəncənin inkişafı naminə daha önəmli işlər görə biləcəyinə əminliklərini ifadə ediblər.

Eyni zamanda görüşdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, Nəsimi rayonu Ağsaqqallar Şurasının sədri Aydın Heydərov çıxış edərək Musa Quliyevi Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən etibarən yaxından tanıdığını, onun, dövlətçiliyə sadiq biri olduğunu vurğulayıb və bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət edib.

Musa Quliyevin silsilə görüşləri davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...