Məşhur Məmmədov Masallı ictimaiyyətinin alternativsiz seçimidir - FOTOLAR

Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiya tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədov rayonun Banbaşı və Böyük Xocavar kəndində keçirdiyi növbəti görüşdə, yerli əhalinin məşğul olduğu kənd təsərrüfatı və kiçik mebel istehsalı sahələri ilə maraqlanıb.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son on altı ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu və Azərbaycan xalqının yenə də öz doğru seçimini edərək, YAP-ın namizədlərini dəstəkləyəcəklərini vurğulayıb.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədov seçicilər qarşısında çıxış edərək, öz platformasını qısa şəkildə diqqətə çatdırıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində, Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub.

Məşhur Məmmədov Masallı seçicilərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.

Görüşdə iştirak edən Masallı rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar Milli Məclisə seçkidə mövcud dövlət siyasətini dəstəkləməklə, YAP-a inamını ifadə edəcəklərini və YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Məşhur Məmmədova səs verəcəklərini bildiriblər.

Sonda seçicilər onları maraqlandıran məsələlərlə bağlı deputatlığa namizəd Məşhur Məmmədova müraciətlər edib, suallar veriblər.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə