Exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub - AÇIQLAMA

Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub. SİA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasında exit-poll keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb. Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının ("AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxlıb.

MSK sədrinin müavini Rövət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqələrində seçicilərin rəyini öyrənəcəklər. R.Qasımov vurğulayıb ki, 2106 müsahibəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə