Məzahir Pənahov: "Həmin namizədin adını bülletendən çıxaracağıq" - AÇIQLAMA

Məzahir Pənahov namizədliyini geri götürənlərin adlarının seçki bülletenindən çıxarılıb-çıxarılmayacağına aydınlıq gətirib Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədliyini geri götürənlərin adlarının seçki bülletenindən çıxarılıb-çıxarılmayacağına aydınlıq gətirib. SİA xəbər verir ki, bu barədə M.Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: "Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç bir seçki bülleteninə düşməsin".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə