Yasamalda məskunlaşmış laçınlılar Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər - FOTOLAR

Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın seçki dairəsindən namizədi Mahir Abbaszadə Bakı şəhərinin Yasamal rayonunda seçiciləri ilə görüşüb. Seçicilər qarşısında çıxış edən Mahir Abbaszadə bildirib ki, Azərbaycan regionda güclü dövlət, dünyada isə etibarlı tərəfdaş kimi tanınır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətə əsaslanır. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial-iqtisadi siyasət isə insan kapitalının inkişafına yönəlib. Məcburi köçkünlərlə bağlı tədbirlər dəbu siyasətin prioritet istiqamətlərindən biridir.

Mahir Abbaszadə qeyd edib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür. Bununla yanaşı, dövlət onların ən böyük arzusunun - əzəli yurdlarına qayıtmaq istəyinin gerçəkləşməsinə çalışır. Prezident İlham Əliyev bütün çıxışlarında münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar olduğumuzu bildirməklə yanaşı, ölkəmizin heç zaman işğalla barışmayacağını dadiqqətə çatdırır.

Mahir Abbaszadə yenidən deputat seçilərsə, əvvəlki kimi hər bir laçınlının yanında olacağını, onların müraciətlərinin həllinə həssaslıqla yanaşacağını deyib. O, seçkiqabağı kampaniya çərçivəsində keçirilən görüşlərdə qeydə alınmış bütün müraciətlərin, təklif və iradların həlli üçün müvafiq tədbirlər görüləcəyini də qeyd edib.

Çıxış edənlər bildirib ki,Laçın rayonunun parlamentdəki təmsilçisi kimi Mahir Abbaszadə onların hər birinin istəyini, xüsusi ilə Laçın həsrətini daim gündəmə gətirirvəbu istiqamətdə həyata keçirilən dövlət siyasətinə yaxından dəstək verir.

M.Abbaszadənin həmçinin Milli Məclisdəki qanunvericilik fəaliyyəti, ölkədə aparılan islahatlara peşəkar münasibət bildirməsi, məcburi köçkünlərin problemlərinin həllindəki fəallığı və təşəbbüskarlığı vurğulanıb, onun Laçın rayon sakinlərinin layiqli namizədi olduğunu qeyd edilib.

Görüş iştirakçıları fevralın 9-da keçiriləcək seçkilərdə Mahir Abbaszadəyə səs verəcəklərinibildirib.

Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir. YAP-ın namizədi Mahir Abbaszadənin seçkiqabağı kampaniya çərçivəsində laçınlıların sıx məskunlaşdığı bölgələrdə 15-dən çox görüş keçirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...