“Mərmərə Qrupu” parlament seçkilərini müşahidə edəcək

Türkiyənin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfi fevralın 9-da Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak edəcək. SİA-nın xəbərinə görə, bu barədə "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver məlumat verib. O bildirib ki, seçkilərdə bu missiya ilə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasından onlara dəvət göndərilib. Vəqf seçkilərdə professor Akkan Suver və qrupun digər üzvlərindən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Professor əminliklə bildirib ki, Azərbaycan bu seçkilərlə demokratiya istiqamətində daha bir mühüm addım atacaqdır.(Azertac)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...