Ən layiqli namizədlərə səs verək

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Qulu oğlu Cəfərov Ağstafa rayonunun Dağkəsəmən kəndində seçicilərlə görüşü keçirib.

N.Cəfərov növbəti illər üçün Milli Məclisin deputatı seçilərsə, görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağını bildirib. Millət vəkili olmağın şərəfli bir iş olduğunu qeyd edən N.Cəfərov seçicilərin etimadını qazanacağı təqdirdə, insanların qayğıları ilə yaşayıb onların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyini bildirib: "Bu səbəbdən də, çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi öyrənim, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim".

N.Cəfərov seçiciləri 9 fevral seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...