Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub -VİDEO- FOTOLAR

Bu gün 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əsmər Əliyevanın təbliğat-təşviqat kampaniyası çərçivəsində icra hakimiyyəti tərəfindən ayrılmış Mədəniyyət Evində seçiciləri ilə görüşü olub. Qeyri-iş günü olmasına baxmayaraq Şirvan sakinləri Mədəniyyət Evinə millət vəkilliyinə namizəd Əsmər Əliyevanın görüşünə axın ediblər.

25 yanvar 2020-ci il tarixdə saat 12:00 da baş tutan görüşdə çıxış edən Əsmər Əliyevanın vəkili Eyvaz Əhədov giriş sözü ilə çıxış edərək namizədin tərcümeyi halı barədə ətraflı məlumat verib.

Sonra Əsmər Əliyeva seçiciləri qarşısında çıxış edərək bu qış günündə, istirahət günündə onunla görüşə gəldikləri üçün minnətdarlığını bildirib: "Azərbaycan bu gün çox önəmli siyasi kampaniya ərəfəsindədir. 5 il müddətinə ali qanunverici orqana - Milli Məclisə növbədənkənar seçkilər keçirilir. Ölkə başçımız cənab İlham Əliyevin apardığı islahatlara və gənclərə dövlət idarəçiliyində üstünlük verdiyi üçün öz potensialımla, bacarığımla seçki marafonuna qoşulub deputatlığa namizədliyimi Şirvan şəhərinidən irəli sürdüm. Azərbaycanın hər bir bölgəsi mənim üçün doğmadır və əzizdir. Lakin mən sizlərlə birgə bu yola qədəm qoymağa qərar vermişəm. Bizim ailəlikcə ürəyimiz Şirvanla döyünüb. Biz şirvanlıyıq və şirvanlıları özümüzə doğma bilirik. Seçki marafonu məni şirvanlılarla daha da doğma etdi, daha da yaxınlaşdırdı. Mən bu səmimi münasibəti yüksək qiymətləndirirəm. Mən Şirvanı qarış-qarış gəzmişəm. Əhali ilə görüşlər keçirtmişəm. Cənab Prezidentimiz İlham Əliyevin regionların sosial, iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şirvanda böyük quruculuq, abadlıq işləri görülüb. Yeni müəssisələr açılıb iş yerləri yaradılıb, insanların rifah halı yüksəlib. Bu uğurlar hamımızı sevindirir. Şirvanın inkişafı Azərbaycanın inkişafıdır. Bundan sonra Şirvanın inkişafı üçün dövlətimizin başçısı cənab İlham Əliyevlə, Birinci vitse-prezidentimiz Mehriban Əliyeva ilə sizlərin iştirakı ilə lahiyələr hazırlayıb həyata keçirəcəyik. Əhalini narahat edən problemlərin həllinə dövlətimizin köməyi ilə nail olacağıq. Mən sizləri 9 fevralda seçki məntəqələrinə gəlib ən layiqli namizədə səs verməyə çağırıram. Bu seçimlə 5 il Parlamentdə sizi təmsil edəcək millət vəkilinizi müəyyən edəcəksiniz. Hər birinizə gələcək işlərinizdə uğurlar arzulayıram".

Görüşdə çıxış edən Bakı şəhərindən qonaq gəlmiş yazıçı, publisist, bir neçə kitablar müəllifi Seymur Şeydayev, Şirvan şəhər ağsaqqallarından təqaüddə olan hərbiçi zabit Hacı Yusif Rüstəmov Əsmər Əliyevanın hüquq elmində nailiyyətlərindən, cəmiyyət arasında müsbət keyfiyyətlərindən və ən əsası Şirvanlıları milli məclisdə layili təmsil edəcəyindən ətraflı bəhs ediblər.

Sonra Əsmər Əliyevaya seçicilərin sual cavabları oldu. Şirvanlı seçicilər Əsmər Əliyevanı millət vəkili görmək arzularını 9 fevralda gerçəkləşdirəcəklərini bildirdilər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...