Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi

Yeni Azərbaycan Partiyası seçki qanunvericiliyinə uyğun olaraq fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumatına görə, artıq yanvarın 17-dən seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə start verilib. Bununla əlaqədar olaraq, YAP Xətai rayon təşkilatının seçki qərərgahı bütün imkanlarını səfərbər ediblər. Qeyd edək ki, YAP-ın Xətai rayon təşkilatının Seçki Qərargahı da parlament seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. Belə ki, Xətai rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bildiririk ki, Xətai rayonunda 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyaları yerləşir. Rayonda seçki məntəqələrinin sayı 141-dir.

Gənc fəallar müəyyən edilmiş yerlərdə partiya tərəfindən irəli sürülmüş namizədlərimizin quraşdırılmış təşviqat lövhələrinə şəkillərini vurmağa başladılar.

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcəkdir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə