YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu gündən seçkinin təbliğat-təşviqat kampaniyasına start verib. SİA-nın verdiyi məlumatına görə, ilk olaraq partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəallarından və təbliğat-təşviqat üzvlərindən təşkil olunmuş qruplar tərəfindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Aqiyə Naxçıvanlının seçki plakatlarını 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin əhatə etdiyi Oğuz rayonu üzrə 37 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə vurulub.
Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB