MSK-nın Mətbuat qrupunun tərkibində dəyişiklik edilib -AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, əvvəlcə komissiyanın 9 yanvar tarixli iclas protokolu təsdiqlənib. Daha sonra MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Məsələ barədə məlumat verən MSK üzvü Qabil Orucov bildirib ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib. O, dəyişiklik edilməsi zərurətinin yarandığını deyib. Q.Orucov təklif edib ki, "ANS" telekanalı, "Olaylar" və "Gündəlik Teleqraf" qəzetləri qrupun tərkibindən çıxarılsın, "Azad Azərbaycan" TV, "Real" Təhlil və İnformasiya Mərkəzi ("Real" TV) "Report" İnformasiya Agentliyi və "Gündəlik Teleqraf" MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun tərkibinə daxil edilsin. Təklif səsə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...