YAP-ın gənc fəalları təbliğat-təşviqat kampaniyasında fəal iştirak edirlər - FOTOLAR

Binəqədi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 09 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi. Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə vahid namizədləri 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Əliyarlı Kubra Məhəmməd qızı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Qafarov Kamaləddin Nəsrəddin oğlu, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Əliyev Anar Məmməd oğlunun üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəalları və könüllülərinin iştirakı ilə təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə və mütəşəkkil başlanıldı.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən VI çağırış Milli Məclisə keçiriləcək seçkilərdə 123 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin təbliğat-təşviqat kampaniyası seçkilərin keçirilməsinə 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da başa çatacaq. Təbliğat-təşviqat kampaniyası müddətində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat görüşləri keçirəcək və seçicilərin seçki prosesinə fəal qoşulması istiqamətində silsilə görüşlər təşkil edəcək.

Ağstafa

YAP Ağstafa rayon təşkilatı 09 fevral 2020-ci ildə ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cəfərov Nizami Qulu oğlunun təbliğat-təşviqat kampaniyasına uğurla start verdi.

YAP Ağstafa rayon təşkilatının qərargahında 17 nəfərdən ibarət təbliğat qrupu yaradılmış, namizədin təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür.

Səbail

09 fevral 2020-ci il tarixində keçiriləcək VI çağırış Milli Məclis seçkiləri ilə əlaqədar bu gün YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynova Aytən Arif qızının təşviqat kampaniyasına start verildi.

Partiyanın gənc fəallarından təşkil olunmuş bir neçə komanda səhər saatlarında Milli Məclis seçkiləri ilə bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başladılar.

Tərtib olunmuş təbliğat-təşviqat qrafikinə uyğun olaraq 18 yanvar tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə