"Yeni tərkibli parlament islahatlar kursunu daha da sürətləndirməyə qadir olmalıdır" Rusiyalı ekspert

“Azərbaycanda parlamentin buraxılması son 2 ildə ölkədə aparılan islahatların dinamikası ilə bağlıdır”. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı politoloq, “Şimal-Cənub” siyasi mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev deyib.

O bildirib ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar səmərəliliyi artırmaq məqsədinə xidmət edir.

“Qanunverici orqanın buraxılması da bu prosesə dəstək məqsədi daşıyır”,- deyən Aleksandr Karavayev qeyd edib ki, yeni tərkibli parlament islahatlar kursunu daha da sürətləndirməyə qadir olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə