Təhsil Nazirliyi məlumat yaydı -RƏSMİ

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisəsində çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə qərar verilib. Təhsil Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.

Xatırladaq ki, müvafiq sərəncama əsasən, 20 dekabr 2021-ci il tarixindən dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə