Semestr imtahanlarında güzəştlər ediləcək? - EKSPERT AÇIQLADI

"Qış imtahan sessiyasında pandemiya şəraitinin nəzərə alınması düşünürəm ki, əvvəlki imtahan dövrü ilə müqayisə etsək ciddi bir təsir müşahidə etməyəcəyik. Yəni, o mənada ki, əvvəl onlayn qaydada imtahan götürülürdüsə indi yalnız universitetlərin özündə əyani şəkildə yəni, ənənəvi qaydada imtahanlar keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, qaldı ki əvvəlki imtahanlarla indiki imtahanlar arasında tələbələrə hər hansı bir güzəştin olub-olmamasına ilk öncə burada da əvvəlki dövrlərə nisbətən bir o qədər güzəştlər olmayacaq: "Çünki tələbələr sentyabr ayının 29-dan etibarən artıq dərslərə ənənəvi qaydada başlayıblar. Yəni, əyani dərslər keçirilib. Ona görə də qiymətləndirmədə də maksimum real qiymətlərə daha çox üstünlük veriləcək".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Bütün tələbələr yaxşı olar ki, o pandemiya dövründə onlayn keçirilən dərslərdə, eyni zamanda onlayn götürülən imtahanlarda həmin o vəziyyətdən çıxsınlar. Yalnız həqiqi olaraq, yəni ənənəvi qaydada əyani dərslərlə hansı formada dərslər keçiblərsə maksimum çalışsınlar ki, bütün sualları cavablandırsınlar. Çünki, müəllimlər əvvəlki kimi güzəşt etməyəcəklər. Yəni, ilkin görünən budur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə