UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb - FOTOLAR

Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində BMDM-in magistrantlarının və UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

Gülüstan sarayında təşkil olunan, bir-birindən maraqlı və müxtəlif mövzuları əks etdirən sərgi forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Forum müddətində UNEC Dizayn Məktəbinin III kurs tələbəsi Zəhra Məmmədova dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarın və forumun əsas məzurəçilərindən olan Polşanın Kozminski Universitetinin professoru Qrzeqorz Vitold Kołodkonun portretini çəkib.

UNEC Dizayn Məktəbinin müəllimi Aynur Rzayevanın müəllifi olduğu Şuşa, Yuxarı Gövhər ağa məscidi “Bürclərə and olsun ki” rəsm əsəri Nobel mükafatçısı, professor Aziz Sancarın xüsusi diqqətini cəlb edib. Əsər müəllif tərəfindən böyük alim Aziz Sancara hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...