Yüksək texniki peşə təhsilini bitirən şəxslərə subbakalavr dərəcəsi veriləcək – Qanuna dəyişiklik

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək. SİA-nın məlumatına, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir.

Qanuna dəyişiklik müzakirələrdən sona səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə