107188 abituriyent ali təhsil müəssisəsinə qəbul üçün ərizə verib - QURUM RƏSMİSİ AÇIQLADI

Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub". SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuat konfransı Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə