"Açıq tipli suallar biliyi yoxlamaq imkanını daha da rahatlaşdırır" - EKSPERT DANIŞDI
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında zaman-zaman dəyişikliklər olub. Əslində təkmilləşdirmələr çox vacibdir. Düşünürəm ki, biz təhsil alanların qiymətləndirilməsini apararkən həm yeniliklərin tətbiq edilməsini, həm də imtahan prosesində beynəlxalq təcrübənin nəzərə alınmasına diqqət etməliyik. Xüsusilə dillər üzrə beynəlxalq və Avropa çərçivəsinin müvafiq səviyyələrinə uyğunlaşdırılması diqqətdə saxlanılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə foktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, digər tərəfdən şagirdlərin bilik və bacarıqlarının aşkar edilməsində açıq tipli test tapşırıqlarının xüsusi əhəmiyyəti var: “Ümumiyyətlə açıq tipli suallar biliyi yoxlamaq imkanını daha da rahatlaşdırır.
Hesab edirəm ki, DİM tərəfindən həyata keçirilən dəyişikliklər bütövlükdə abituryentlərin əleyhinə deyil, birbaşa olaraq onların bilik və bacarıqlarının ortaya çıxarılmasına hədəflənib. Burada məqsəd yalnız və yalnız imtahan verənlər üçün optimal mühitin yaradılması ilə şagirdlərin öz biliklərini daha dolğun şəkildə ortaya qoymasına kömək edir.
Yəni burada universitetə qəbul imtahanlarının çətinləşdirilməsi kimi bir problem yoxdur. Düşünürəm ki, atılan addımlar olduqca vacib məsələlər və qərarlardır. Yenə də o fikirdəyəm ki, biz bütövlükdə universitetlərə qəbul imtahanlarını mümkün qədər beynəlxalq stantdartları nəzərə alaraq, həyata keçirməkdə maraqlı olmalıyıq. Digər tərəfdən isə həm də şagirdlərin biliklərinin aşkar edilməsi üçün tam şərait yaradılmasını təmin etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB