Bu ilin yanvar-sentyabr aylarında Astara rayonunda pərakəndə ticarət dövriyyəsi 1,7 faiz artıb. Astara Rayon Statistika İdarəsindən SİA-ya verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 160116,2 min manatlıq məhsul, o cümlədən 79917,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 80198,7 min manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 23,7 faiz artım, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 14,1 faiz azalma müşahidə edilib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 159,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 manat çox əmtəə alıb.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət şəbəkəsində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 14,1 faiz azalıb, qeyri-ərzaq mallarının satışı isə 23,7 faiz artıb.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 11,9 faizi ticarət müəssisələri, 63,5 faizi fərdi sahibkarlar tərəfindən, 24,6 faizi isə bazar və yarmarkalarda satış təşkil edilib.
2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 14,6 faiz, bazar və yarmarkalar üzrə 2,3 dəfə artım, fərdi sahibkarlar üzrə isə 17,8 faiz azalma qeydə alınıb.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 79,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 79,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB