“61 mindən çox arı ailəsi yaylaqlara köçürülüb“ - NAZİR AÇIQLADI

“61 mindən çox arı ailəsi yaylaqlara köçürülüb“ - NAZİR AÇIQLADI

“Bu il azad olunmuş ərazilərin yay otlaqlarına, əsasən də Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçü təmin edilib”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.

O qeyd edib ki, köçün təşkili ilə əlaqədar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında xüsusi köş portalı yaradlıb, bu portal digər dövlət qurumlarının müvafiq elektron bazalarına inteqrasiya edilib, təsərrüfatların yaylaqlara qaldırılması ilə bağlı kriterilər müəyyənləşib: “Öz təsərrüfatlarını yaylaqlara aparmaq istəyən fermerlərə ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı təlimlər keçirilib. Mövsüm dövründə azad olunmuş ərazilərdəki yaylaqlara 330 minə yaxın xırdabuynuzlu heyvanın və 61 mindən çox arı ailəsinin köçü həyata keçirilib”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə