Valyuta hərracında tələb 67,4 milyon ABŞ dolları təşkil edib

Valyuta hərracında tələb 67,4 milyon ABŞ dolları təşkil edib

Oktyabrın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bankdan bildirilib ki, hərracda tələb 67,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə