Səyahətlər etmək əsrlər öncə hippilər dövründə ortaya çıxmışdır. Sonra onun tərəfdarları dünyanı özləri üçün kəşf etməyə can atan və bunun üçün turist səfərlərinə rahatlığını qurban verməyə hazır olan gənclər idi. Bu gün bu səyahət yolu heç bir sosial və ya yaş məhdudiyyəti nəzərdə tutmur.

Ümumiyyətlə nəzərdə tutduqda o biri fəsillərə nisbətən yay fəslində turizmə daha çox önəm verilir. Yay aylarından başqa payız, qış turizmindən də yararlananlar az deyil.
MDB ölkələrinin payız fəsli üçün məşhur olan ən yaxşı 10 şəhəri təqdim olunmuşdur.
Minsk (Belarus)
Astana (Qazaxıstan)
Bakı (AZƏRBAYCAN)
İrəvan (Ermənistan)
Daşkənd (Özbəkistan)
Almatı (Qazaxıstan)
Bişkek (Qırğızıstan)
Kişinyov (Moldova)
Düşənbə (Tacikistan)
Aşqabad (Türkmənistan)
Ümumiyyətlə, payız mövsümündə tətilə çıxmağın üstün cəhətləri çoxdur. Birincisi və ən önəmlisi, payızın gəlişi ilə tətil bölgələrində, hotellərdə sakitlik başlanır. Bir tətilin vazkeçilməz atributları olan gəzinti, üzmə və kitab oxumaq daha xoş bir hala gəlir. Hoteldə yemək, çimərlikdə isə növbəsində durmaqdan bezənlər üçün payız tətili çox gözəl bir seçim olur. Yayda yer tapa bilmədiyimiz, rezervasiya belə etməkdə çətinlik çəkəcəyimiz məkanlara payızda rahatlıqla gedə bilirik. Bu, xüsusən də Türkiyənin istirahət bölgələri üçün keçərlidir.
Məsələn, Türkiyədə hotel qiymətləri əsasən iyul və avqust aylarında çox yüksək olur. Sentyabr, oktyabrda isə qiymətlər düşür. Bundan başqa, təyyarə biletləri də basabas yay mövsümündə olduğu qədər bahalı olmaya bilir. Həm şəhərlərarası yollar, həm də tətil bölgələrindəki nəqliyyat daha rahat olur. Şəhərlərarası yollar sakitləşir. Yaydakı sıxlığa görə gəzə bilmədiyiniz bir çox yerləri payızda rahatlıqla kəşf etmək mümkündür. Bütün bunlar payız tətilinin özəlliklərindən biridir.
Payızda təbiət gözəlliyi axtaran şəxslər üçün Azərbaycan da ən əlverişli ölkələrdən biridir. Azərbaycanda sakit göllər, müalicəvi bulaqlar və dövlət tərəfindən qorunan meşələr var.
Bəs Azərbaycanlılar payızda hara və neçəyə gedirlər?
Hazırda yaxın istiqamətlərdən Dubaya və Misirə turlar üstünlük təşkil edir.
Türkiyədə Antalya və Bodrum mövsümü sona çatsa da İstanbul üçün ən ideal zamandır. Bu fəsildə insanlar daha çox Türkiyə (İstanbul) istiqamətlərinə bilet alır.
İnsanlar payızda daha çox qrup turlarına üstünlük verirlər. Macarıstan, Çexiya, Avstriya payızda üstünlük təşkil edən ölkələrdir.
Amma ölkədaxili turları da yaddan çıxarmaq olmaz. Quba, Qəbələ, Şəki turistlər tərəfindən daha çox səyahət edilən rayonlardır. Bu, həmin rayonların otellərindəki kampaniyalar və təkliflərlə bağlıdır. Eyni zamanda Qubada keçirilən “Alma festivalı”, Göyçayda baş tutacaq “Nar festivalı” da turist axınına səbəb olur. Rayon turlarının qiymətləri 21 AZN-dən başlayır. Bu turlara səhər yeməyi, nəqliyyat, ekskursiyalar və əyləncəli oyunlar daxildir.
Payız aylarında təklif olunan turpaketlər üçün turizm agentlikləri indidən endirimlər edirlər. Yay aylarında 1500 manata təklif edilən qiymətlər hazırda yarıbayarı enir. Azərbaycanlılar payız aylarında daha çox müalicə məqsədi ilə səfər gerçəkləşdirir. Avropa ölkələrinə təşkil edilən turpaketlərin qiymətlərində özünü göstərən ucuzlaşma da aviabilet və otel xərclərinin azaldılması ilə bağlıdır.

"Smart" hotel menecment şirkətinin direktoru, "Skal Baku" turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov SİA-ya açıqlamasında payız turizminin üstünlüklərindən danışıb.
Hər bir ölkə ona bütün təqvim boyu turistlərin axınının təmin olunması isə maraqlıdır. Ancaq turistlərin çoxu öz səyahətlərini yay mövsümünə salırlar.
Ümumiyyətlə dünyada səyahət edən insanların təxminən yarıya qədəri istirahət məqsədli səyahətlər edirlər. Ondan sonra sağlamlıq, müalicə və biznes məqsədli, qohum-əqraba ziyarətləri səyahətlərə yer verilir. Amma nəzərə almalıyıq ki, digər mövsümdə də ölkələr turistləri cəlb etmək yollarını düşünür. Payız mövsümü xüsusən çox isti olmayan, amma havaların da çox soyuq keçmədiyi bir dövrdür. Elə insanlar var ki, bu mövsümdən istifadə edərək qiymətlərin də daha uyğun və əlçatan olduğu dövrlərdə səyahətlərini edirlər. Bunlar xüsusən təqaüddə olan yaşlı insan qrupları, hərəkət məhdudiyyəti olan insanlardır ki onlar əsasən mövsümin aşağı olduğu, sıxlıq olmadığı dövrdəki səyahətlərə üstünlük verirlər.
Ümumi turistlərlə yanaşı bu qrup turistlərin də səyahət etmələri yay turizminə nisbətən az olur. Amma qiymətlər, qalma və seçim imkanları səyahət edə bilən insanlar üçün daha böyük, daha geniş seçim yaradır. Bəzi insanlar xüsusən həftə sonlarını seçirlər. Bizdə turizm infrastrukturunun daha geniş inkşaf etmiş bölgələri var ki bunlara - Qəbələ, Şəki, Şamaxı, Quba, Qusar zonaları aiddir.
Bu bölgələrə turist axınının digər bir səbəbi də paytaxtdan o qədər də uzaq olmamasıdır. Son dövrlər cənub zonasında yol infrastrukturunun düzəlməsi ilə əlaqədar olaraq ora gedən turistlərimizin də sayında artım müşahidə edilmişdir. Eyni zamanda istirahət məqsədilə Naftalana da üstünlük verirlər.
Nəzərə alsaq ki Azərbaycan əhalisi ölkəyə gələn turistlərdən daha çox xaricə üz tuturlar. Azərbaycana 2019-cu ildə 3 milyona yaxın xarici vətəndaş turist olaraq gəlmişdirsə, ölkəmizdən 5 milyondan çox vətəndaşımız xaricə getmişdir. Bunların da təbii ki çoxu istirahət məqsədilədir. Bir faktı da nəzərə almaq lazımdır ki, dünyada baş vermiş hadisələrlə əlaqədar qiymətlərdə artım müşahidə olunmuşdur. İstər ərzaq, istər biletlərin qiymətlərində, istər də qalma qiymətlərində bahalaşma müşahidə olunmuş və ümumi səyahət xərcri 50 faizə qədər artmışdır.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB