Qarabağda yaklar yetişdiriləcək...

Qırğızıstandan Qarabağa damazlıq üçün iribuynuzlu mal-qara gətiriləcək.

SİA-nın yerli mənbələrə istinadən əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Protokol şöbəsinin müdiri Toğrul Qafarbəyli bildirib.

Onun sözlərinə görə, hazırda Qırğızıstanla danışıqlar aparılır. “Gələn ildən iribuynuzlu mal-qaranın, xüsusən də yaxların idxalı nəzərdə tutulur. Pilot layihə kimi onların Kəlbəcərdə, daha sonra isə Laçında yetişdirilməsi nəzərdə tutulur”, - Qafarbəyli Bakı Ekspo Mərkəzində deyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə