Cümə axşamı günü dünya bazarında neft qiymətləri təxminən 2% bahalaşıb. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,29% artıb. Neftin dəyəri 2,12 dollar artaraq 94,57 dollar/barelə çatıb.
ABŞ xam nefti 1,84 dollar və ya 2,1% artaraq 89,11 dollar/barelə çatıb. Agentlik neft qiymətlərinin qalxmasını qış fəslinin yaxınlaşması ilə əlaqələndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB