Neft bahalaşıb...

Cümə günü Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin dekabr fyuçerslərinin qiyməti ticarət məlumatlarına əsasən, 31 avqust 2022-ci ildən bəri ilk dəfə bir barel üçün 97 dolları ötüb. SİA bu barədə rus saytlarına istinad edir.

Moskva vaxtı ilə saat 17:41-ə olan birjaya əsasən, Brent markalı neftin qiyməti 2,76 faiz bahalaşaraq 97,03 dollar/barelə bərabər olub.

Moskva vaxtı ilə saat 17:57-də Brent öz artımını bir qədər sürətləndirərək, bir barel üçün 97,23 dollar (+2,98 faiz) təşkil edib. Eyni zamanda, WTI markalı xam neftin 2022-ci ilin noyabr ayı üçün fyuçersləri 3,38 faiz artaraq bir barel üçün 91,44 dollara çatıb.

Moskva vaxtı ilə saat 17:05-də Brent markalı neftin bir barelinin qiyməti 95,71 dollar (+1,37 faiz) təşkil edib. Eyni zamanda, 2022-ci ilin noyabr ayı üçün WTI markalı xam neftin fyuçersləri 1,71faiz bahalaşaraq bir barel üçün 89,96 dollar olub.

Birjanın Moskva vaxtı ilə saat 16:35-ə olan məlumatına görə, Brent markalı neftin qiyməti 1,93 faiz artaraq 1 barelə görə 96,24 dollar olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə