OECD Türkiyənin iqtisadi artım gözləntisini yüksəldib

OECD Türkiyənin iqtisadi artım gözləntisini yüksəldib

İqtisadi Əməkdaşlıq və İnkişaf 2022 və 2023-cü illər üçün iqtisadi artım proqnozlarını “İyun ayına dair İqtisadi Görünüş Hesabatı”na daxil edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Dekabr 2021” hesabatında 4,5 faiz olaraq açıqlanan 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 3 faizə endirilib. 2023-cü il üçün isə artım proqnozu 2,8 faiz olaraq açıqlanıb.

Lakin dekabr ayında 2023-cü il üçün 3,3 faiz olaraq açıqlanan artım proqnozu yeni hesabatda 3,7 faizə yüksəldilib.

“Müharibənin təsiri” başlıqlı hesabatda dünyanın fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin ağır bədəlini ödədiyinə diqqət çikilib.

Müharibənin humanitar fəlakətlə yanaşı iqtisadi dirçəlişi yavaşlatdığına və ümumdünyada insanları təsir altına alan yaşayış dəyəri böhranına səbəb olduğu, bunun Çinin yeni tip koronavirus siyasəti ilə yanaşı, qlobal iqtisadiyyatı da çətin vəziyyətə saldığı, bahalaşan ərzaq və enerji qiymətləri və tədarük zənciri problemlərinin davam etməsinin inflyasiyanı gözlənildiyindən daha yüksək səviyyələrə qaldıra biləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə